Bu gün:

"Ən çox qorxu burada formalaşır"


24media.az-ın "1 sual 1 cavab" rubrikasının növbəti qonağı psixoloq Gülnar Orucovadır. O, məktəbəqədər hazırlığa uşaqların necə həvəsləndirilməli olduğu haqqında danışıb.

-Sizcə, uşaqlarda məktəbə qarşı olan qorxu necə aradan qaldırıla bilər?

Əvvəlki illərlə müqayisədə məktəbdə ağlayan uşaqların sayı xeyli azalıb. Əvvəllər məktəbəqədər hazırlıqlar yox idi.

Məktəbəqədər hazırlıq qrupları olmadığı üçün uşaq ilk gəldiyi sinfi görmürdü. Hara gəldiyini, niyə gəldiyini bilmirdi. Həmin vaxtlar biz uşaqların ağlamalarına çox şahid olurduq. Amma indi uşaqlar 9 ay eyni sinifdə oxuyurlar. Bununla da sinif yoldaşlarına uyğunlaşırlar. 

Amma bəziləri var ki, yaşları uyğun gəlmir, məktəbəqədər hazırlığa getmirlər. Bu da uşaqlarda məktəbə adeptasiya olmaqda, mühiti anlamaqda çətinlik yaradır. Valideynlərə məsləhət görərdim ki, uşaqlarını 2 yaşından etibarən məktəbəqədər təhsil müəssisələrinə, yəni bağçalara, kurslara qoysunlar. Adətən biz görürük ki, baxçalarda daha çox işləyən valideynlərin uşaqları olur. Amma hər bir halda övladınızı bağçaya və yaxud məktəbəqədər hazırlıqlara qoymaqda fayda var. Belə olan halda uşaq müəllimi, auditoriyanı, özünü necə aparmalı olduğunu anlayır. Uşaq bunları bilməyəndə problemlər yaranmağa başlayır. Ümumilikdə müəllim müqəddəsdir. Və biz onu hər zaman uca tutmalıyıq.  Bəli, bu gün sözüm bəzi müəllimlərədir.

Bu müəllimlik peşəsini də ucuzlaşdırmayın, çünki bəzən elə vəziyyətlər yaranır ki, valideyn məcbur hirslənir və müəllim haqqında xoşagəlməz sözlər danışır. Nəticədə uşaqlarda müəllimə qarşı pis fikir formalaşdırır. Bu beş yaşında uşağın diş həkimini görməyib ondan qorxmasına bənzəyir. Çünki valideyn stomotoloq haqqında o qədər narahatlıqla danışır ki, uşaq görmədiyi və getmədiyi mühitdən qorxmağa başlayır. Deməli valideynlər ilk olaraq müəllimi övladlarının yaxını, dostu, anası kimi təqdim etməlidir.

Müəllim "sən bunu eləməsən, müəllim sənə bunu edəcək",– kimi cümlələrlə təqdim edilərsə, sonra uşaqda müəllimə qarşı kin, nifrət kimi duyğular formalaşa bilər. Və ya məktəbdəki hazırki dönəmdən danışıram. Proqramlar o qədər ağırdır ki, uşaqlar onları mənimsəməkdə çətinlik çəkirlər, xüsusilə də liseylərə hazrlaşan uşaqlarda məktəbə həvəssizlik yaranır ki. Bu halda mən deyərdim ki, mütləq psixoloqlara müraciət olunmalıdır. Hər məktəbəqədər təhsil müəssisəsinin, hər kursun özünün kursu olmalıdır və bu uşaqlara dəstək olmaldır. Yəni hər bir ailə fərqli tipdə uşaq böyüdür, amma hədsiz liberal ailə tipləri var ki, bu ailə tiplərində uşaq hədsiz sərbəst olur və məktəb onun azadlığını qismən azaltdığına görə məktəbi sevmirlər. Uşaqlarımızı həvəsləndirmək  üçün birinci məktəbin mahiyyətini başa salmaq lazımıdır. Bu ilk etabdır. 

Müəllimlərdən nə qədər şikayətçi olsanız belə onları doğru təqdim edin. Qoruyucu ailə tipində uşaqı o qədər qoruyurlar ki, uşaq  diqqətin yalnız onun üzərində olmasını istəyir, beynin müdafiə mexanizmi  sanki işə düşür və onun yanlış mühitdə olduğunu deyir, ona görə çalışmaq lazımdır ki uşağımızı özgüvənli böyüdək. Özgüvənli böyüdülən uşaqda belə problemlər ortaya çıxmır. Eyni zamanda, məktəbin ilk günü valideynlər mütləq uşaqlarının yanında olmalıdırlar. Ən çox qorxu burada formalaşır. Uşaq düşünür ki, valideyni onu qoyub gedər. Bəzi günlər valideynlərin uşaqları ilə dərsdə oturmasına icazə verilməlidir. Çünki valideyn dərsdə oturanda uşaqda özünə güvən yaranır.

Arzu İbrahimova

Paylaş
Şərh əlavə et