Bu gün:

Polşa öz ərazisində Ukraynalı hərbçilərə təlim keçməyəcək


"Polşa öz ərazisində Ukrayna əsgərlərinə təlim keçməyəcək", müdafiə nazirinin müavini Pavel Zalevski bildirib.


Onet.pl xəbər agentliyinin məlumatına görə, Varşavanın imtinasının əsas səbəbi layihənin baha olması, eləcə də onun müddəti və təşkili olub. Zalevski qeyd edib ki, Polşa AB ərazisində ukraynalıların təliminin davam etdirilməsinin tərəfdarıdır. "Bizim fikrimizcə, bu, ən effektiv həll yoludur və biz burada hər hansı dəyişiklik gözləmirik", - xəbər agentliyi nazir müavininin sözlərindən sitat gətirib.

Zalevski həmçinin vurğulayıb ki, Rusiya pilotsuz təyyarələri və mərmiləri Polşa ərazisində yerləşən qüvvə və vasitələrin köməyi ilə vurulmayacaq. “Qərbin Ukraynanın hava hücumundan müdafiə sistemlərini radikal şəkildə gücləndirməsi kifayət qədər olmalıdır və Polşa aviasiyasının bu cür dəstəyi tələb olunmur”, o deyib.

Mənbə: Tass.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et