Rusiya Müdafiə Nazirliyi Ukraynanın Kursk istiqamətində əsir götürdüyü 115 əsgərin Rusiyaya qaytarıldığını açıqlayıb.

Nazirlik: "Avqustun 24-də aparılan danışıqlar nəticəsində Kursk vilayətində əsir götürülən 115 əsgər Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində 115 Ukrayna əsgəri təhvil verilib".
Nazirlik bəyan edib ki, Birləşmiş Ərəb Əmirlikləri rus əsgərlərinin əsirlikdən geri qaytarılmasında humanitar vasitəçilik fəaliyyəti həyata keçirib.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
