Bu gün:

Türkiyə ilə Rusiya arasında yenidən quru patrulları başlayıb


Türkiyə ilə Rusiya arasında 2023-cü il oktyabrın 5-də başa çatan birgə quru patrul fəaliyyəti bərpa edilib. Milli Müdafiə Nazirliyindən verilən açıqlamada “PKK/YPG-SDG Terror Təşkilatına aid nəzarət-buraxılış məntəqələri, qərargah və hərbi strukturların aşkarlanması planlaşdırılır”, – deyə bildirilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada “Türkiyə ilə Rusiya arasında “Barış Pınarı” Əməliyyat Bölgəsində həyata keçirilən və təhlükəsizlik səbəbiylə 5 oktyabr 2023-cü il tarixində dayandırılan Birgə Quru Patrul xidməti bu gün bərpa edilib. Türkiyənin Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiya Federasiyası (RF) ilə əldə etdiyi razılaşmaya əsasən, bölgəni tərk etməli olan PKK/YPG-SDG Terror Təşkilatının keçid məntəqələri, qərargahları və hərbi strukturlarının müəyyən edilməsi üçün və terrorla mübarizədə Türkiyə-Rusiya əməkdaşlığını nümayiş etdirmək üçün ABŞ Ordusunun növbəti dövrdə patrul (BKD) fəaliyyətlərinin davam etdirilməsi planlaşdırılır".

Mənbə: hurriyet.com.tr

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et