Bu gün:

Larssonun ifadələrinə qarşı etiraz qalxdı


NASCAR sürücüsü Kayl Larson F1 Dünya Çempionu Maks Verstappendən daha yaxşı yarışçı olduğuna əmindir, lakin Tom Koronel bununla razılaşmır.

Tom Koronel, yarış zamanı Larsonun "köşədə ağlayacağını" iddia edərək, Verstappeni şiddətlə müdafiə edib. 

"Knoxville Nationals"-da son dörd ildə üçüncü qələbəsini qeyd edərkən, Larson Maks Verstappendən daha yaxşı olduğunu deyərək yeni səs-küy yaratdı.

"Mən Verstappendən daha yaxşı olduğumu bilirəm, çünki mən daha çox yönlü sürücüyəm. Verstappen Sprint Maşını sürə və Knoxvilledə qalib gələ bilməz"- deyə bildirib.

Larsonun cəsarətli iddiası böyük reaksiya ilə qarşılanıb. 

Tom Koronel deyib: “Əgər o, bunu deyirsə, Amerikada içində olduğu köpüyün xaricində dünyada nə baş verdiyini bilmir. Əgər o, Maks Verstappendən üstün olduğunu düşünürsə, mən onların arasında yarışın olmasını istərdim, çünki o, mütləq məğlub olacaq. Maks simulyasiyada, həmçinin GT avtomobillərində tamamilə üstündür. Yarış avtomobili sürməyin nə olduğunu heç başa düşmürsünüz".

Koronel həmçinin Larsonun yarışda birbaşa Verstappenlə qoşalaşacağı təqdirdə nə baş verəcəyini təsəvvür edib: "Maks yalnız iki məşqə ehtiyac duyacaq, onda Kayl küncdə ağlayacaqdı".

Mənbə: Motorsport

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et