Fransız istehsalçısı son bir neçə aydır Esteban Okonun dəyişdirilməsi üçün mümkün variantları qiymətləndirir.

Karlos Saynzı komandaya gətirmək istəyən fransız istehsalçı bu məsələdə uğur qazana bilməyib və bu fürsəti gənc pilot Doohana verməyi seçib.
Bu gün verilən rəsmi açıqlamaya görə, avstraliyalı pilot 2025-ci ildə Pyer Qaslinin komanda yoldaşı olacaq.
Son iki mövsümdə ehtiyat pilot kimi xidmət edən Doohan, F1 komandasında yarış kreslosuna yüksələn ilk Alp Akademiyası pilotu olacaq.
Bu fürsətdən danışan Doohan deyib: "2025-ci ildə BWT Alpine F1 Komandası ilə yarışacağım üçün çox şadam. Komandanın yüksək səviyyəli rəhbərliyinin mənə göstərdiyi etimada və inama görə minnətdaram. Hazırlaşmaq və hazır olmaq üçün qarşıda çox işim var. Bu müddət ərzində əlimdən gələni edəcəyəm və növbəti səviyyəyə yüksəlmək üçün bacardığım qədər çox şey öyrənəcəyəm”.
Mənbə: Motorsport
Tərcümə etdi: Məhəmməd Qasımov
