Bu gün:

Çin və Rusiya arasındakı yeni tərəfdaşlıq planı


Hərbi sahədən əlavə, Pekin və Moskva arasında ticari əməkdaşlıq da davam edir. Rusiya prezidenti Vladimir Putin Çinlə ticari əlaqələrini sürətlə inkişaf etdirdiklərini bildirib. "Biz dostumuz prezident Si Tszinpinlə müvafiq təlimatları müəyyənləşdirmişik və Moskva ilə Pekində keçirilən sammitlərdə bunları qeyd etmişik", - deyə Putin bildirib. 

Rusiyanın Ukraynada başlatdığı müharibə bir çox cəbhələrdə davam edərkən, Tayvanda da gərginlik yüksəkdir. İki regionda bir-birini dəstəkləyən və NATO ölkələri ilə gərginliyi artıran Çin və Rusiya daha bir ortaqlığa imza atır. Moskvada Çinin Baş naziri Li Qiang ilə görüşən Rusiya Prezidenti Vladimir Putin əlaqələrin daha da inkişaf edəcəyi mesajını verdi.

Rusiya ilə Çin arasında diplomatik və iqtisadi əlaqələr 2 ildir davam edən müharibə ilə gündəmə gəlib. İki ölkənin ticarət həcmi keçən il əvvəlki ilə nisbətən 26,3 faiz artaraq 240,1 milyard dollara çatıb. İki ölkə iyul ayında Çinin cənub sahillərində birgə dəniz təlimi keçirib.


Mənbə: CNN.türk

Tərcümə etdi: Fatimə Əsədzadə

Paylaş
Şərh əlavə et