Bu gün:

"Azərbaycan futbol tarixinə adını yazdıracaq"


24media.az-ın növbəti qonağı "AZTV" telekanalının idman aparıcısı Tural Məmmədlidir. O, "Zirə-Omoniya" oyunu haqqında fikirlərini bildirib.

Zirə FK-nın pley-off mərhələsində rəqibi "Omoniya" klubudur. Sizcə, "Zirə - Omoniya" oyununun nəticəsi necə olacaq?

– Əlbəttə ki, nəticə haqqında tam bir fikir söyləmək mümkün deyil. Amma "Zirə"nin bu mərhələdə olmağı çox böyük uğurdur. Və soyuqqanlı  şəkildə bu mərhələyə yanaşsaq, eyforiyaya qapılmadan , rahat şəkildə məhz  bir oyun kimi buna yanaşsa, "Zirə"nin şansları heç də az deyil. Düşünmürəm ki, "Omoniya" "Osiyek"dən güclü bir kollektivdir, yəni Xorvatiya təmsilçisini keçmək mümkün olubsa, "Omoniya" səddi də keçiləsidir. Əlbəttə ki, Kipr klubları ilə bizim prinsipiallığımızı da nəzərə almaq lazımdır. Bu da ümumilikdə oyuna təsir göstərəcək. Sadəcə olaraq bir oyun kimi hər oyuna final gözü ilə baxıb, bu iki qarşılaşmada "Zirə" var gücü ilə mübarzə aparmalıdır. Ümidvarıq ki, bu pley-off mərhələsi keçiləcək və o qədər də uzun bir tarixi olmayan "Zirə" Azərbaycan futbolunda tarix yazan bir komandaya çevriləcək.

Bəs, sizcə, bu oyunda Zirə FK qalibiyyət əldə etsə, bu  klubun gələcəyi üçün necə bir uğur olar ?

– "Zirə" qələbə qazansa, bu, təkcə onun üçün yox, ümumilikdə Azərbaycan futbolu üçün çox böyük uğur olacaq. Təbii ki, əsas mərhələyə qalmaq hər şeydən önəmlidir. Burda biraz diqqətli olub mərhələni keçmək haqqında düşünmək lazımdır. Ölkənin həm reytinq xalına üstünlük gətirəcək, həm də " Zirə" özü də yeni bir təcrübə qazanıb, Azərbaycan futbol tarixinə adını yazdıracaq.

Komandaya uğurlar arzulayırıq!

Zəhra Niftiyeva

Paylaş
Şərh əlavə et