Bu gün:

"Qurban Qurbanovun yaxşı variantları ola bilərdi"


24media.az-ın "1 sual 1 cavab" rubrikasının növbəti qonağı futbol eksperti Aslan Kərimovdur. O, "Qarabağ-Dinamo Zagreb" qarşılaşmasında ehtiyatda olan oyunçular haqqında danışıb.

Dünənki oyunda komandamız 3-0 hesabı ilə məğlub oldu. Sizcə, "Ludoqorets -Qarabağ" oyununda zədələnən oyunçular "Dinamo Zagreb" ilə oyunda forma şansı tapsaydı, hesabda dəyişiklik ola bilərdimi?Bu haqda nəsə demək çətindir. Çünki "Ludoqorets" ilə oyunda, əslində, zədəlilərin çıxması sayəsində biz qolları vura bilmişdik, qolları vuranlar ehtiyatdan oyuna girən oyunçular idi. Həlledici qolları vurdular və biz birinci hissənin bitməsinə az qalmış, ard-arda, rəqibə yenik düşməyimizə baxmayaraq, önə çıxmağı bacardıq. Həmin oyunçular da oyunun taleyini həll elədilər. Bu oyunda olsaydılar, həmin oyun başqa cür olardımı, işin gedişatına baxası olsaq, bəlkə də təsir göstərərdi. Nə mənada, onların əvəzinə bunlar oynasaydı, başqa cür olacaqdı demək çətindir. Hərhalda ratasiya etməkdən ötrü Qurban Qurbanovun yaxşı variantları ola bilərdi. Hansısa oyunçunu geri çəkib, başqa oyunçunu önə çıxartmaq ratasiya etmək baxımından bu oyunda imkanları biraz qısıtladı. Amma qollarımıza baxası olsaq, bəlkə də, Veşoviçin,Yankoviçin olmaması hardasa meydanın mərkəzində təlafi olundu. Amma cinah müdafiəçisinin olmaması, Veşoviçin olmaması bəlkə də biraz təsir elədi. Çünki buraxdığımız qollara baxanda, məsələn, ikinci qolu açıq-aşkar Silvanın gecikməsi ilə, pozisiyasını düzgün tutmamasının sayəsində buraxdıq. İkinci qolda mərkəz müdafiəçisi və cinah müdafiəçisinin arasında olan o boşluğu mövqe olaraq  Silva bağlamalı idi. Təkbətək çıxan oyunçu onların arasından çıxdı. Veşoviç taktika baxımından Silvaya nisbətən daha ağıllı müdafiə olunmağı bacarır. Bəli, Silva pis oyunçudur deyə bilmərəm. Silvanın da öz özəllikləri var, hücuma dəstəkdə çox aktiv idi, çoxlu qol şansları yaratmağa çalışırdı, amma müdafiə planı baxımından elə "Ludoqorets" ilə oyunda da müdafiə baxımından Silvanın xeyli boşluqları var idi.

Zəhra Niftiyeva

Paylaş
Şərh əlavə et