
Çarlz Lekler Formula 1 sürücüsü olmağın ən böyük dezavantajının "şəxsi həyatın olmamasını" düşünür.
Çarlz Lekler 2019-cu ildən Ferrari üçün yarışır və griddə ən populyar pilotlardan biri kimi seçilir. Böyük pərəstişkarı olan Lekler getdiyi yerdə böyük diqqət çəkir və insanlar onunla şəkil çəkdirmək üçün növbəyə düzülür. Bu barədə danışan Lekler bunları deyib: "Mən olduğum yerdən heç şikayət edə bilmərəm, mən dünyanın ən şanslı insanıyam. Bu rolun çatışmazlıqları olduğu da doğrudur. Bunu 10 il əvvəl kimsə mənə desəydi, heç vaxt inanmazdım, amma əvvəlcə şəxsi həyatın olmamasının nə demək olduğunu başa düşmürsən. Formula 1-in ilk illərində siz ətrafınızda baş verən hər şeyi qiymətləndirirsiniz, hər bir vəziyyəti gördüyünüz işin bir növ etirafı kimi yaşayırsınız. Sonra illər keçdikcə anlayırsan ki, sevdiklərinizə ayıracaq çox vaxt yoxdur və hər şeydən əvvəl bu zamanın xüsusi olmasını istəyirsən. Bəzən o anları bir insan kimi yaşaya bilməyi xəyal edirsən. 12 yaşımdan bəri tanıdığım dostlar evində olanda həyatda kim olduğum heç kəsin vecinə deyil, amma o anlar getdikcə azalır. Ona görə də bir az darıxıram, amma eyni zamanda vaxt keçdikcə rolum mənə o qədər üstünlüklər verdi ki, mən qətiyyən şikayət edə bilmərəm”.
Mənbə: Motorsport
Tərcümə etdi: Məhəmməd Qasımov
