Bu gün:

"RB20 avtomobilini ancaq Verstappen sürə bilir"


Red Bull mövsümün açılış yarışlarında üstün performansı ilə seçilsə də, mövsümün əvvəlində Mayami Qran Prisində McLaren-in yeniləmələri və Mercedes-in Monakodakı çıxışı ilə üstünlüyünü itirmiş kimi görünürdü. Red Bull bütün bunlara Macarıstan GP-də bir yeniləmə paketi ilə cavab verdi, lakin bu yeniləmələr Maks Verstappen tərəfindən "kafi deyil" olaraq xarakterizə edildi.

Üçqat dünya çempionu Maks Verstappen son dörd yarışda yalnız bir dəfə podiuma çıxmasına baxmayaraq, Lando Norrisi 78 xal qabaqlayaraq çempionluq yarışında liderliyini davam etdirir. Red Bull-un avtoidman üzrə məsləhətçisi Helmut Marko etiraf edib ki, yenilənmələr RB20-ni qeyri-sabit edib və deyib: "Mövsümün əvvəlində McLarenin indiki avtomobili kimi balanslaşdırılmış avtomobilimiz var idi. Bütün traslarda və bütün şərtlərdə uğur qazandıq amma nə vaxtsa səhv istiqamətə getdik. Nəqliyyat istifadə edilməzdir və yalnız Maks onu ram edə bilər. Son yeniləmələr avtomobili getdikcə gözlənilməz hala gətirdi. Onu tənzimləmək və tarazlaşdırmaq çətinləşdi".


Mənbə: Motorsport 

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et