Azərbaycan tərəfi ilə birgə təsdiq edilmiş bəyanatda ikitərəfli münasibətlərin bütün kompleksinin daha da dinamik inkişafı ilə bağlı yeni genişmiqyaslı vəzifələr qoyulub və bu gün imzalanan sənədlər bu vəzifələrin həllini asanlaşdıracaq”, - deyə dövlət başçısı qeyd edib.

Rusiya ilə Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığın müsbət dinamikası və yaxşı inkişaf perspektivləri var, bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra deyib.
“Azərbaycan bazarında çalışan bu 1300-ə yaxın müəssisə bizim [iqtisadi] vəziyyətimizin müsbət istiqamətdə inkişaf etdiyini və malların inkişaf perspektivlərinin olduğunu göstərir”, - Putin bildirib.
Azərbaycan tərəfi ilə birgə təsdiq edilmiş bəyanatda ikitərəfli münasibətlərin bütün kompleksinin daha da dinamik inkişafı ilə bağlı yeni genişmiqyaslı vəzifələr qoyulub və bu gün imzalanan sənədlər bu vəzifələrin həllini asanlaşdıracaq, deyə dövlət başçısı qeyd edib.
Putin bildirib ki, danışıqlar zamanı qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığın qurulmasına xüsusi diqqət yetirilib. "Bu, gözlənilən haldır, çünki Rusiya və Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaşlardır", - o əlavə edib.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova
