Bu gün:

Media savadlılığında valideyn və məktəb birliyi mümkündürmü?


Bakı Dövlət Universitetinin müəllimi, 24media.az–ın direktoru Anzulə Cəfərovanın media savadlılığı ilə bağlı növbəti fikirlərini təqdim edirik.


Media savadlılığının tədrisində məktəb və valideynlər birgə necə fəaliyyət göstərə bilərlər?

Əslində bu birlik olduqca vacibdir. Şagirdlərin daha savadlı olmaları üçün bu birliyə hər zaman ehtiyac var. Bizim ən çox eşitdiyimiz valideyn iclaslarıdır, hansı ki, təəssüf ki, bəzi məktəblərdə ayda bir dəfə, bəzilərində isə ildə bir-iki dəfə keçirilir. Həmin iclaslarda intensiv olaraq müxtəlif mövzularla yanaşı, media savadlılığından da danışmaq olar. Bundan başqa valideyn və müəllimlərin iştirakı ilə konfranslar keçirilə bilər, mütəmadi olaraq məktəb vasitəsilə valideynlərin elektron poçtlarına media savadlılığı ilə bağlı materiallar yönləndirilə bilər. Bu, hazırda ölkəmiz üçün istər bir sıra məktəblərin, istər valideynlərin aktivliyi baxımından real səslənməsə də, sosial mediadan istifadə etmək olar. Facebookda müəllim və valideynlərdən ibarət qruplar yaradıla və ya WhatsApp qrupları vasitəsilə ola bilər. Hansı ki, həmin platformalarda media savadlılığı ilə bağlı faydalı resurslar müzakirə edilə bilər. Ümumiyyətlə, bu davamlı proses olduğu üçün mütəmadi olaraq evdə, məktəbdə müəllim və valideynlər müxtəlif media məzmunlarını müzakirə edə bilərlər.

Şagirdlər əsasən boş vaxtlarında evdə internetdə filmlər izləyir, oyunlar oynayır və ya sosial medaida vaxt keçirirlər. Bu zaman valideyn övladına qoşularaq məzmunları müzakirə edərsə, bu da daha media savadlı uşaqların olmasına dəstək ola bilər.

Qeyd edək ki, onun bu mövzuda verdiyi ətraflı müsahibəni linkə daxil olaraq (https://youtu.be/QC8zeiNvKYg?si=WyIgDZrK11pTLYAF) izləyə bilərsiniz.

Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et