Keçmiş Formula 1 sürücüsü Deymon Hill düşünür ki, Maks Verstappenin mövsümün ikinci yarısında çətinlikləri olacaq.

2024 Formula 1 mövsümünün ilk yarışlarından sonra Red Bull-un daha bir üstünlüyü gözlənilirdi, lakin mövsümün ilk yarısının nəticələri çox fərqli mənzərəni ortaya qoyur. İlk 14 yarışda yeddi fərqli qalib olub və McLaren-in güclü performansına görə çempionatda fərq çox azdır. Qalan 10 yarışdan sonra Maks Verstappen Lando Norrisdən 78 xal irəlidədir, lakin McLaren-in performansını nəzərə alsaq, hətta bu fərqin də aradan qaldırılması ehtimalı var. Üstəlik, Red Bull Racing və McLaren arasındakı xal fərqi cəmi 42 xaldır.
Keçmiş F1 çempionu Deymon Hill 26 yaşlı Verstappenin ardıcıl dördüncü F1 çempionluğunu qazanacağını gözləyir, lakin o, mübarizənin yaxın olacağı qənaətindədir.
"Maks Verstappeni dayandırmaq çox çətin olacaq. Mübarizənin yaxın olduğunu bilirəm, lakin o, bu qələbələri əldə etmək üçün trekin hər qarışı üçün mübarizə aparmağa hazır olduğunu göstərdi. O, bu nəticələri papaqdan çıxarmaq qabiliyyətinə malikdir. Verstapen son vaxtlar bir qədər məyus olub. O, komandanı kifayət qədər tənqid edir və daha çox hərəkət görmək istəyir. Maks Çempionluq üçün son illərdə olduğundan daha çox çalışmalıdır. Düşünürəm ki, bu çempionluq üçün həqiqətən çox mübarizə aparmalıdır. Mübarizə ən azı Braziliyaya qədər davam edəcək".
Bəs komandalar çempionluğunu kim qazanacaq?
Hill, “McLaren” cavabını verib.
Mənbə: Motorsport.com
Tərcümə etdi: Məhəmməd Qasımov
