İnsanların ölümlə uzun və mürəkkəb bir əlaqəsi var, bəs biz ölülərimizi tam olaraq nə vaxt basdırmağa başladıq?
Bəşəriyyət təkamülümüzün hansı mərhələsində ölüm anlayışı ilə qarşılaşmağa və ölüləri məzarlarda dəfn etməyə başladılar? Zaman səyahətçisi olmadan dəqiq bir şey söyləmək çətindir, lakin erkən insan dəfnlərinin arxeologiyası bizə çox şey öyrədə bilər.
Qəsdən dəfnlərə dair ən erkən sübutlardan bəziləri İsraildəki Qafzeh mağarasından gəlir. Bu mağarada on minlərlə illik 25 ədəd insan məzarlığı var. Burada tapılan onlarla qəbir əşyaları, məsələn, qırmızı oxra ilə boyanmış dəniz qabıqları və qalıqları bu cəsədlərin qəsdən basdırıldığına dair geniş yayılmış inancı dəstəkləyir.
1993-cü ildə edilən bir araşdırmaya görə, skeletlərin ən qədimi ən azı 100.000 il əvvələ aiddir, lakin digər sənədlər onun 130.000 ilə qədər qədim bir tarixi ola biləcəyini göstərir.
Qəbirlər ümumiyyətlə sənət əsərləri yaratmaq və şəxsi bəzək əşyaları taxmaq kimi davranışlarla birlikdə "qabaqcıl" davranışlar sinfinə daxildir. Çünki o, mücərrəd anlayışlar, fərdi kimlik və qeyri-müəyyənlikdən xəbərdar olmağa işarə edir. Bununla belə, həqiqət bəlkə də o qədər də aydın deyil.
Qafzeh mağarasındakı qəbirlər Homo sapiensə aid olsa da, ətraf ərazilərdə bizim qardaş növümüz olan Neandertalların öz ölülərini təxminən 120.000 il əvvəl qəsdən basdırdıqlarına dair eyni dərəcədə qədim sübutlar tapa bilərik.
Afrikada ən azı 78.000 il əvvələ aid insan məzarlarına dair konkret sübutlar var. 2021-ci ildə aparılan bir araşdırma, gənc bir Homo sapiens uşağının indiki Keniyada Şərqi Afrika sahillərində bir mağarada basdırıldığını ortaya çıxardı və bu dəfnin qəsdən olduğunu açıq şəkildə göstərilib.
Qəbirlərin həmişə ölüm haqqında "dərin" anlayışı göstərmədiyini də nəzərə almağa dəyər. Təsəvvür edə bilərik ki, dəfnlər əvvəlcə cəsədləri çöpçülərdən uzaq tutmaq və ya çürüyən cəsədlərlə əlaqəli xəstəliklər və qoxuları idarə etmək məqsədi ilə başlamışdır.
Mənbə: arkeofili
Tərcümə etdi: Aytac Musayeva
