Bu gün:

Fransa Ukraynaya dəstəyi dayandırmağa çağırır


Fransa Ukraynaya maliyyə dəstəyini kəsməlidir. Bu fikri Fransanın Patriot partiyasının rəhbəri Florian Filippot X sosial şəbəkəsində (keçmiş Twitter) bildirib.


Fransalı siyasətçi Almaniyanın Kiyevə yardımını azaltmalı olması ilə bağlı məlumatı şərh edib. “Bəs bizdə? Korrupsiyanı və müharibəni maliyyələşdirərək iflas etməyi nə vaxt dayandıracağıq? Dur, bu cəfəngiyatı dayandır!” – Filippo Fransanı da oxşar addım atmağa çağırıb.

Bundan əvvəl Fransa partiyasının rəhbəri bildirib ki, “Şimal axını” qaz kəmərində partlayışlar barədə məlumatlara görə Fransa NATO-dan çıxmalıdır. Onun fikrincə, belə bir hərəkət Parisə qarşı müharibə aktı kimi qiymətləndirilməlidir.


Mənbə: lenta.ru

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et