Bu gün:

Harrisin Zelenskiyə münasibəti açıqlanır


Politoloq Malek Lipov Lenta.ru-ya müsahibəsində ABŞ prezidentliyinə namizəd Kamala Harrisin Ukrayna gündəminə o qədər də qarışmadığını və Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı şəxsi antipatiyasının ola biləcəyini deyib.


“Harrisin prezident seçkilərində qalib gələcəyi təqdirdə onun Ukrayna münaqişəsi ilə bağlı mövqeyini proqnozlaşdırmaq çətindir. Çox şey döyüş meydanında həll olunacaq. Ancaq Harrislə birlikdə yeni komanda gələcək: yeni dövlət katibi, milli təhlükəsizlik müşaviri. Yəni bu münaqişədə çox siyasi kapital yandırmayanlar. Beləliklə, bəlkə də danışıqların vaxtı olduğuna qərar verəcəklər”,– deyə Lipov bildirib.

Politoloq xatırladıb ki, o, münaqişə başlayandan heç vaxt Ukraynada olmayıb və ABŞ-nin hazırkı prezidenti Co Bayden kimi münaqişənin gündəliyi barədə heç vaxt bu qədər emosional danışmamışdı.

“Bəlkə doğrudan da şəxsi bəyənməmək var, bəlkə də, başqa şeydir. Üstəlik, Bayden çoxdan Ukrayna reallıqlarına qərq olub. Harrisin belə əlaqələri yoxdur, ona görə də ola bilsin ki, o bütün bu vəziyyəti daha mənfi şəkildə qəbul edir”, – Lipov etiraf edib.

Mənbə: lenta.ru

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et