Bu gün:

Belarus prezidenti Aleksandr Lukaşenko respublika vətəndaşlarını istefaya hazırladığını bildirib


"Hamı belə düşünür: 30 il çox şeydir, 30 il ərzində prezident kimi bir neçə nəfər işləyir. İnsanlar isə ona öyrəşiblər, başqa heç kimə. Bu səhvdir. Mən insanları buna hazırlayıram. Mən heç bir məyusluq və ya uğursuzluq istəmirəm”, – o, “Rossiya-1” telekanalının “Həftənin xəbərləri” proqramına müsahibəsində deyib.


"Bu yaxınlarda biz Belarusun konstitusiyasını dəyişikliklərə uyğunlaşdırdıq. Amma biz dəyişiklikləri inqilab kimi istəmirik. Mən təkamül xarakterli, lakin inqilabi dəyişikliklərin tərəfdarıyam. Və biz indi gördüklərinizi qurmaq üçün çox işlər görmüşük”, – prezident əlavə edib.


Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et