
Red Bull rəhbərliyi bir müddətdir ki, Peres və Rikkardonu əvəzləmək üçün başqa variantları dəyərləndirir. Red Bull pilot hovuzunun iki ən əhəmiyyətli adı olan Liam Lawson və Isack Hadjar, bir müddətdir Red Bull və VCARB yerləri üçün önə çıxırlar.
Bununla belə, Lourens Barrettonun sözlərinə görə, İsak Hadjar nə Red Bull, nə də VCARB üçün yer uğrunda mübarizədə iştirak etməyəcək. Red Bull ya Peresə performansını yaxşılaşdırmaq üçün hər cür fürsət verəcək, ya da Rikkardoya şans verəcək. Bu halda Liam Lawson da VCARB-ə qoşulacaq.
İsak Hadjar bu mövsüm Formula 2-də çempionluq uğrunda mübarizə apararaq Helmut Markonu heyran etməyi bacarıb. Bununla belə, Red Bull hazırda Helmut Markonun "gözləntilərimizi qarşılayan" və "inanılmaz" istedad kimi təsvir etdiyi Hadjarı Formula 1-ə təqdim etməyi düşünmür.
Mənbə: Motorsport
Tərcümə etdi: Məhəmməd Qasımov
