Bu gün:

Verstappen övladlarının gələcəkdə Formula 1-də yarışmasını istəmir


Jos Verstappen Formula 1-dən ayrıldıqdan sonra özünü Maks Verstappenin inkişafına həsr edib və oğlunun uzun illər seriyada yarışması üçün səy göstərib. Bu, bəzən sərt reaksiyalara səbəb olub. Olduqca sərt üsullara baxmayaraq, Jos məqsədinə nail olub və Maks Formula 1-in ən güclü sürücülərindən birinə çevrilib.

Maks Verstappen tez-tez sevgilisi Penelope ilə vaxt keçirərkən görünür və cütlüyün kifayət qədər əyləncəli klipləri də var. Beləliklə, Maks bir gün ata olsa, övladlarını Formula 1 yarışlarına sövq edəcəkmi?

Verstappen deyib: “Bu barədə nəsə demək çətindir. İlk növbədə onun nə qədər yaxşı olduğunu öyrənməli olacağıq. Əgər o, istedadlıdırsa, ona kömək edəcəm, amma ümumiyyətlə, ən çox sevdiyi işlə məşğul olmağa kömək etməyə çalışacağam. Mən yenə də ona ilk növbədə avtomobil idmanında karyera qurmamağı tövsiyə edərdim!" gülümsədi.


Mənbə: Motorsport 

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et