
Çarlz Lekler 2019-cu ildən Ferrari üçün yarışır və ilk illərində Sebastyan Vettel kimi çempionla komanda yoldaşı olub. Daha sonra 2025-ci ildə Carlos Sainz ilə komanda yoldaşı olmuş Monako sürücüsünü daha böyük sınaq gözləyir. O, Lewis Hamilton ilə birlikdə yarışacaq.
Lekler deyir ki, Hamiltonu ötmək istəyir.
"Mən geridə qalmağı sevmirəm və düşünürəm ki, bu, şəbəkədəki bütün sürücülərə aiddir"- deyə Lekler bildirib.
"Məsələn, mən Seb-in yanında olanda özümü onun arxasında tapmaqdan nifrət edirdim. Bilirdim ki, Ferraridəki ilk ilimdir və özümü daha təcrübəli komanda yoldaşımla müqayisə edirdim, amma bunun kifayət qədər səbəb olduğunu düşünmürdüm. Şəxsən mən itirməyə nifrət edirəm" deyib.
Mənbə: Motorsport
Tərcümə etdi: Məhəmməd Qasımov
