Bu gün:

"Azərbaycan təhsili üçün bu, siqnaldır"– Məzahir Məmmədli



Tələbələrin  təhsil üçün xaricə üz tutmalarının səbəbi nədir? 

Bunun səbəbini araşdırsaq, daha dərinə getməli olarıq. Bildiyiniz kimi, hər il bizim blok imtahanı adlandırdığımız ali məktəblərə qəbul imtahanlarında yaxşı nəticə göstərməyən və hansısa səbəbdən az bal toplayan tələbələr birmənalı olaraq attestatla xaricə üz tuturlar, onlar üçün orada münbit  şərait var. Azərbaycan təhsil sistemindən fərqli olaraq, ödənişlər  bizim pulla min manatdan min yeddi yüz manatadək dəyişir, amma Azərbaycanın həm dövlət, həm özəl sektorunda olan universitetlərdə bu, ikimin-altı min aralığındadır. Ona görə, uyğun olmayan abituriyentlər xaricə, əsasən yaxın qonşu olan Türkiyə, Gürcüstan, hətta hazırda müharibə şəraitində olan Ukrayna, Rusiyaya və digər ölkələrə üz tuturlar. Bu, Azərbaycan qəbul sistemi üçün bir siqnaldır. Biz bu məsələ ilə bağlı çağırışlar etmişik ki, Azərbaycanda tələbə qəbulu qaydaları dəyişdirilməlidir. Xarici ölkələrdə attestatla təhsil alıb qayıdanların hamsı lazımi qədər məşhur olan nazirliklərdə, müəssisələrdə, idarələrdə yüksək vəzifələr tuturlar. Hər bir valideyn düşünür ki, mənim övladım tələbə olmalıdır, ancaq övladın potensialının hara qədər olduğunu fikirləşmir. Amma "mütləq təhsil almalıdır" prinsipi abituriyentləri blok imtahanları prosesində gərgin saxlayır, bilirsiniz ki, hər il blok imtahanı ərəfəsində intiharlar olur, xoşbəxtlikdən biz bu il buna rast gəlmədik, çünki DİM  bu ilin buraxılış imtahanları üçün nəzərdə tutulan sualları yumşaltmış, yəni Nazirlər Kabineti tərəfindən nəzərdə tutulmuş sistemə uyğunlaşdırılmışdır. 

Xaricdə təhsil proqramının müddəti artıb, 2028-ci ilədək davam edən proqramda iştirakçıları nələr gözləyir? 

28 fevral 2008-ci il prezidentin belə bir sərəncamı var idi. Yəni bu əvvəllər də tətbiq olunub. Azərbaycandan xaricə tələbə qəbulu dövlət səviyyəsində təşkil olunurdu. Və 2022-2026-cı illər üçün hər il 400 tələbənin xaricdə təhsil alması nəzərdə tutulub. İki-üç gün ərzində yeni bir sərəncam da imzalanıb və bu proqramın 2028-ci ilədək uzadılması qərarı verilib. Düşünürəm ki, bu, Azərbaycan gəncliyi üçün bir şansdır, say dörd yüzdən beş yüzə çatdırılıb və bura bakalavr, magistr və çox az sayda doktorant təhsili daxildir. Dövlət proqramları ilə gedənlərdə isə fərqlidir, məsələn burada dövlət tərəfindən iddiaçı abituriyentlər müqavilə  imzalayırlar və bu müqavilə ilə universiteti bitirdikdən iki ay sonra Azərbaycana qayıtmalı və beş il müddətinə Azərbaycanda fəaliyyət göstərməlidir. 

Dövlət hesabına xaricdə təhsil almaq üçün nə etmək lazımdır? 

Abituriyentlər əgər düşünürlər ki, xaricdə təhsil almaq üçün həmin proqram üçün tədrisə cəlb olunsunlar, onlar artıq oxuduqları on bir il ərzində hədəf qoymalıdılar və dil biliklərini artırmalıdırlar. Xüsusən Avropada, Amerikada, Kanadada təhsil alamaq üçün İELTS proqramı üzrə 6.5, 7.0 və SAT-dan 1200 balı, TOEFL-dən isə 100 balı təmin etməldir. Bu standartlara uyğun abituriyentlər artıq təhsildə çətinlik yaşamayacaqlar. 

İxtisasdəyişmə prosesi necə həyata keçirilir? 

Azərbaycanda ixtisasın dəyişdirilməsi mexanizmi son bir neçə ilə qədər var idi. Xüsusən müəllimlərin ixtisaslarını dəyişməsi üçün ixtisasartıma kursları var idi. Son 10 ildə belə bir qayda var idi ki, yaxın ixtisaslar tarix-coğrafiya, Azərbaycan dili və ədəbiyyatı digər uyğun sahələr üzrə məsələn, BDU-nun Jurnalistika fakültəsi və kitabxanaçılıq fakültəsini bitirən məzunların çoxu gedib ixtisasartıma kurslarında ixtisaslarını dəyişirdilər. Amma artıq son illərdə bu aradan qaldırılıb, məhz ixtisas üzrə universitetlərin birindən digərinə dəyişmə müddəti ərzində ancaq ixtisas üzrə məsələn, bir özəl universitetdən dövlətə və yaxud dövlətdən özələ yerdəyişmənin özündə belə birbaşa ixtisas uyğunluğu nəzərə alınmalıdır. Biri ADU-dan tamam başqa sahə üzrə  bakalavr olurdu və gedib həmin iqtisadiyyat universitetində magistratura təhsili alırdı və bular artıq nizamlanıb, demək  olar ki, bakalavr öz ixtisasından kənar magistratura üçün müraciət edə bilmir.

Təhsil eksperti olaraq Azərbaycan təhsilini necə görmək istərdiniz? 

Bu sadaladığım faktorların hamısını könül istədi ki, reallaşsın. Gələcəyin həkimi, vəkili, prokuroru olmaq istəyən yenə də DİM-in hansısa bir qrumunu saxlamaq olar, amma bu qrum o şərtlə saxlanılmalıdır ki, biz artıq 30 illik təcrübədən müəyyən elədik ki, bir qrum həm testi hazırlaya, həm də o imtahanları keçirə bilməz. Burda ya test hazırlayan bir qrum olmalıdır, ya da imtahanları keçirən mərkəz olmalıdır. Yəni bu profillər ayrılmalıdır. Amma bu bizdə hələki bir əldə cəmləşib, ona görə də istədikləri vaxt istədikləri səviyyədə sual sala bilirlər. Mən düşünürəm ki, bir mənalı olaraq sistem ayrılmalıdır. Başqa ümumtəhsil məktəbləri ilə bağlı arzularım, fikirlərim var ki, dərsliklərin məzmunu ilə bağlı da baxış keçirilsin.


Ətraflı: www.ednews.net

Təqdim etdi: Arzu İbrahimova 

Paylaş
Şərh əlavə et