Bu gün:

Samsunsporun qapımıza 19 zərbəsi xəbərdarlıqdır


"Beşiktaş"ın baş məşqçisi Covanni van Bronkhorst futbolçularına müraciət edib: 

"Beşiktaş"ın Super Liqada mövsümün ilk matçında "Qalatasaray"ı 5:0, ardından "Yılport Samsunspor"u 2:0 hesabı ilə məğlub etməsi ağ-qara azarkeşləri sevindirərkən, baş məşqçi Covanni van Bronkhorstdan futbolçulara xəbərdarlıq gəlib.

 Səfərdə qalib gəlsələr də, oynadıqları futboldan qətiyyən razı qalmadığını bildirən hollandiyalı çalışdırıcı matçın statistikasına diqqət çəkərək bunları deyib: 

Hücum planımız işlədi amma.. 

"Oyunu öz meydanımızda qəbul edib, keçid hücumları ilə sona getmək planımız uğurlu alındı. Vurduğumuz iki qol gözəl idi. Ancaq müdafiəmiz üçün bunu deyə bilmərəm. Rəqibimiz 19 zərbə endirib, 6 küncdən zərbə aldı. Bu, bizim üçün vacib xəbərdarlıqdır. Bu o deməkdir ki, nəsə baş verir. Biz səhv edirik. Meydança pisdi, amma bu, bəhanə olmamalıdır. Eyni şərtlər rəqibimizə də aiddir. Biz yarımmüdafiədə və müdafiədə daha dinamik olmalıyıq. 

Mənbə: Huriyet.com.tr

Tərcümə etdi: Arzu ibrahimova

Paylaş
Şərh əlavə et