ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp qarşıdan gələn prezident seçkilərində qalib gələcəyi təqdirdə Rusiya prezidenti Vladimir Putinlə yenidən yaxşı münasibət quracağına ümid etdiyini bildirib.

X sosial media platformasında yayımlanan milyarder sahibkar İlon Maska müsahibə verən Tramp, "Putinlə çox yaxşı anlaşırdım və o, mənə hörmət edirdi" deyən Tramp onların yenidən yaxşı anlaşacaqlarına ümid etdiyini bildirib.
Siyasətçi həmçinin iddia edib ki, əgər o, hələ də prezident olsaydı, Ukraynada və Qəzza zolağında münaqişələr baş verməzdi.
ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin edilib. ABŞ-ın hazırkı prezidenti Co Bayden seçkidə Demokratları təmsil etməli idi, lakin sələfi ilə iyunda debatda zəif çıxışından sonra partiyasından gələn çağırışlardan sonra yarışdan çıxmaq qərarına gəlib. Respublikaçı Donald Tramp iyulun 21-də Baydenin yenidən prezidentliyə namizədliyini dayandırmaq və onun yerinə Kamala Harrisi dəstəkləmək qərarını açıqladı. İki gün əvvəl Respublikaçıların Milli Konvensiyasının nümayəndələri Tramp və Ohayo ştatından senator Ceyms Devid Vensi prezident və vitse-prezident vəzifələrinə GOP-un namizədləri kimi irəli sürüblər.
Mənbə: Tass.com
Tərcümə etdi: Arzu ibrahimova
