Bu gün:

Axios: İran İsrailə aprel zərbəsindən əvvəlki kimi hazırlıq görüb


Axios-un müxbiri Barak Ravid İsrail və ABŞ rəsmilərinə istinadən bildirib ki, İran aprel ayında İsrailə zərbə endirməzdən əvvəl həyata keçirilən tədbirlərə bənzər bir sıra hazırlıq tədbirləri görüb.

O, X-də yazıb: "İran aprel ayında İsrailə hücumdan əvvəl atdığı raket və dron bölmələrində əhəmiyyətli hazırlıq addımları atıb, İsrail və ABŞ rəsmiləri mənə deyirlər". O əlavə edib ki, "nə İsrail, nə də ABŞ hücumun dəqiq vaxtını bilir". 

Onun mənbələrindən birinə görə, iranlılar apreldə həyata keçirilən hücumu üstələyəcəklərini iddia edərək, “əhəmiyyətli hücum həyata keçirmək” əzmlərini “açıq şəkildə işarələyirlər”. 

Yaxın Şərqdə gərginliyin növbəti mərhələsi Həmas-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda zorakılıqla öldürülməsindən və Hizbullahın ali hərbi komandiri Fuad Şükrün Beyrutda məhv edilməsindən sonra baş verib. İran, Həmas və Hizbullah İsraili məsuliyyət daşıyıb və hücumlara cavab veriləcəyini bəyan ediblər. Bu gün Fox News öz mənbələrinə istinadən iddia edib ki, İran 24 saatdan az müddətdə İsrailə hücum edə bilər. 

Mənbə: Tass.com

Tərcümə etdi: Arzu ibrahimova

Paylaş
Şərh əlavə et