Bu gün:

“Bu xallar həlledici rol oynadı”


24Media.az-ın növbəti müsahibi İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimovdur. O, Paris 2024 açılış mərasimi haqda suallarımızı cavablandırıb.




-Sizcə, son Olimpiya Oyunlarında qazanılan qızıl medallar arasında ən böyük sürpriz hansı idman növündə oldu? 

Mənim üçün ən diqqətçəkən məqam böyük heyranlıq bəslədiyim Novak Djokoviçin kişilər Tennisində şəxsi qızıl medal qazanması oldu. Novakın kolleksiyasında yalnız olimpiya qızıl medalı çatışmırdı. O, mümkün olan bütün nailiyyətlərə sahib idi. Qızıl medalı almaq ilə özünü bir daha sübut etdi.


Diqqət çəkən qızıl medallardan biri də LeBron James-Stephen Currynin möhtəşəm 3 xallıq atışları ilə ABŞ millisində qızıl medal alması oldu. Curry ilk olimpiadasında 3 xallıq atışlarla yadda qaldı. Bu xallar komandasına qalibiyyəti gətirməsində həlledici rol oynadı. LeBron James isə 2008 və 2012-ci illər olimpiadasından sonra üçüncü qızıl medalını qazandı. 


Türkiyə qadın voleybol millisinin bürünc medalın bir addımlığında məğlub oldu. Onlar çox yaxşı çıxış ediblər. Medal gözləyirdilər, amma qazana bilmədilər.


Yunan-Roma güləşində, fərdi idman növləri üzrə ilk dəfə Lopez 5 qat olimpiya çempionu oldu. Döyüşün sonunda ayaqqablarını güləş xalçası üzərinə qoydu və Lopez kariyerasını sonlandırdığını açıqladı" 



-Olimpiya Oyunlarının təşkilində və ya keçirilən tədbirlərdə hansı yeniliklər diqqəti çəkib?


Tamaşaçıların diqqətini cəlb etmək üçün yeniliklər var idi. Yeniliklər daha çox teleyayımda idi. Bu dəfə daha fərqli rakurslardan, qrafik təsvirlər ilə yenilik qatmağa çalışmışdılar. Açılış mərasimi şəxsən diqqətimi cəlb etmədi. 


Düşünürəm ki, Pekin olimpiadasının açılış mərasimi və London olimpiadası açılış baxımından ən möhtəşəm olimpiadalardan olub. Pekin Olimpiadanın açılış mərasimi üçün çox böyük xərclər çəkilmişdi. 


Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et