
Real Madrid və Braziliya yığmasının hücumçusu Vinisius Juniora Səudiyyə Ərəbistanı Pro Liqasına qoşulması üçün 1.66 milyard dollarlıq təklif gəlib. Qeyd edək ki, Vinisius bundan əvvəl 1 milyard dollarlıq təklifi rədd etmişdi.
24 yaşlı Vinisiusa Səudiyyə Dövlət İnvestisiya Fondunun (PIF) rəsmiləri müraciət edib ki, onun Səudiyyə klubuna hər mövsüm sabit olduğu təqribən müqavilə və bonuslar ilə 332 milyon dollar dəyərində beş illik müqavilə təklif olunub. Paket həmçinin ölkədə keçiriləcək 2034-cü il Dünya Çempionatının səfiri olmaq üçün ayrıca 10 illik müqaviləni də əhatə edəcək, lakin bu şərtlər və maliyyə rəqəmləri hələ müzakirə olunmur.
Rəsmi təklif hələ təqdim edilməsə də, Vinisius bu addımı rədd etməyib və PIF-ə Real Madridə yaxınlaşmağa icazə verib. İspaniyanın paytaxtında "xoşbəxt və motivasiyalı" olmasına baxmayaraq, Vinisius və onun nümayəndələri hesab edirlər ki, bu kimi gəlirli təklifi diqqətlə öyrənmək lazımdır.
"Real"ın transfer danışıqlarına maraq göstərmədiyini, oyunçunun bir milyard avroluq satın alma maddəsinin olduğu vurğulanıb. İndiyə qədər Səudiyyə Ərəbistanının ən böyük transferi ölkənin ən uğurlu klubu Əl Hilaldan gəlib. O, Paris Sen-Jermendən forvard Neymarı almaq üçün 150 milyon dollar xərcləyib.
Vinisiusun təklifi Mbappenin təklifinə bənzəyir. Fransanın kapitanı Kylian Mbappe Əl Ahlinin hədəfi idi, lakin forvard Səudiyyənin sərfəli təklifini rədd edib və iyun ayında Real Madridə keçib.
Mənbə: The West Australian
Tərcümə etdi: Məhəmməd Qasımov
