Bu gün:

Real Madrid - Atalanta oyunu nə vaxt keçiriləcək?


Çempionlar Liqasının çempionu "Real Madrid" və UEFA Kuboku çempionu "Atalanta" Superkubok matçında üz-üzə gəlib. Mbappeni heyətinə qatan bənövşəyi-ağ-qaralar Atalantanı mübarizədən kənarlaşdırmaq və kuboku öz muzeylərinə aparmaq məqsədi daşıyır. İdmansevərlər matçla bağlı bütün təfərrüatları araşdırır. Bəs, Real Madrid - Atalanta oyunu nə vaxt olacaq?


Real Madrid - Atalanta Super Kuboku matçı üçün geri sayım davam edir. Ötən mövsüm Çempionlar Liqasının finalında "Borussiya Dortmund" komandasını 2:0 hesabı ilə məğlub edən "Real Madrid" kuboku qazanıb. Digər tərəfdən, Atalanta UEFA Kubokunun finalında "Bayer Leverkuzen"komandasına 3-0 hesabı ilə qalib gəlib. 


Real Madrid - Atalanta matçı 14 avqust çərşənbə günü saat 23:00-da başlayacaq.


Mənbə: haberturk.com 

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et