Kanadalı müğənni Selion Dion ABŞ prezidentliyinə namizəd Donald Trampı mitinqdə “Titanik” filminin saundtrekindəki “My Heart Will Go On” mahnısından qanunsuz istifadə etməkdə ittiham edib. Bu barədə sənətçinin komandası X sosial şəbəkəsinin rəsmi səhifəsində məlumat verib.

“Belə istifadəyə heç bir şəkildə icazə verilmir və Celine Dion bunu və ya buna bənzər bir şeyi təsdiq etməz”, – nəşr deyir.
Bundan əvvəl amerikalı xristianlar sosial şəbəkələrdə ABŞ-nin keçmiş prezidenti Donald Trampın seçki kampaniyasını küfr, bidət və hörmətsizlik adlandırmışdılar.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Gülnisə Əfkari
