Bu gün:

Fələstin lideri Abbas avqustun 12-14-də Rusiyaya səfər edəcək


Fələstin prezidenti Mahmud Abbas avqustun 12-14-də Moskvaya səfər edəcək, o , avqustun 13-də Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdırır. 


"Prezident avqustun 12-də günorta gələcək. Onun çərşənbə axşamı prezident Putinlə görüşü gözlənilir və Mahmud Abbas Moskvada naməlum əsgərin məzarına əklil qoyacaq. Həmçinin, ərəb səfirləri ilə görüş olacaq”, – diplomat vurğulayıb. Səfirin sözlərinə görə, əsas müzakirə mövzusu Fələstin-İsrail münaqişəsi olacaq.

"Qəzzadakı vəziyyət gündəmdə olacaq. Onlar Rusiyanın rolu və edə biləcəkləri barədə danışacaqlar. Biz çox çətin vəziyyətdəyik və Rusiya bizə yaxın ölkədir. Məsləhətləşmək lazımdır", – Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl TASS-a bildirib.


Yaxın Şərqdə gərginliyin növbəti mərhələsi HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda zorakılıqla öldürülməsindən və Hizbullahın ali hərbi komandiri Fuad Şükrün Beyrutda məhv edilməsindən sonra baş verib. İran, HƏMAS və Hizbullah İsraili məsuliyyət daşıyıb və hücumlara cavab veriləcəyini bəyan ediblər. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Haniyənin öldürülməsinin Qəzzada məhbusların dəyişdirilməsi ilə bağlı İsraillə danışıqlara təsir edə biləcəyini istisna etməyib.


Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş