Bu gün:

Heineken Verstappen üçün sponsorluq siyasətini dəyişdi


Heineken, Verstappenin onların səfiri olması ilə nəticələnən Red Bull müqaviləsinin baş tutmaması ilə bağlı hekayələrini paylaşdı.

Westenbrink 2023-cü ildən “0.0” səfiri olan Verstappen ilə şəxsi sponsorluğundan danışdı, "Normalda biz yalnız Çempionlar Liqası və ya F1 kimi yarışlara sponsorluq edirik" dedi. Əslində 0.0 üçün səfir axtarırdıq. Maks həmişə çox aydın idi. Siz həmişə onun nəyi müdafiə etdiyini bilirdiniz."


"Beləliklə, hər şey bir araya gəldi və biz dedik: "Yaxşı, biz Maks üçün daxili siyasətimizi dəyişməliyik və onunla sponsorluğa getməliyik. Həmin vaxt Red Bull rəqibi ilə danışıqlar aparırdı. Danışıqların həqiqətən ciddi olduğunu biləndə panikaya düşdük, çünki rəqib Red Bull ilə müqavilə imzalasaydı, biz Maksı imzalaya bilməzdik. Biz çox sürətlə hərəkət etməli olduq və adətən bu işlər çox uzun çəkir".


Müqavilə nəhayət, Heineken rəqib təhlükəsini aradan qaldırdıqdan sonra baş tutdu, lakin Vermeulen Verstappeni imzalamaq üçün Heinekenə nə qədər baha başa gəldiyi barədə heç nə demədi.


Westenbrink də pulla bağlı danışırdı, "Əlbəttə, nə qədər ödədiyimizi dəqiq deməyəcəyəm." “Amma Raymond nə vaxt zəng vursa, əvvəlcə ona “WhatsApp”da deyirəm: “Ümid edirəm ki, daha çox pul istəməzsən!” – o, gülərək dedi.


Mənbə: Motorsport.com

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et