Bu gün:

Amerika Qadın futbol milli Komandası qızıl medal qazandı


Amerika Birləşmiş Ştatlarının Qadınlardan ibarət Milli Komandası 10 avqust şənbə günü Parc des Princes stadionunda Braziliyanı 1:0 hesabı ilə məğlub edərək Paris 2024 Olimpiya Oyunlarında qadın futbol üzrə olimpiya çempionu adını qazanıb.


Mallory Swanson, əfsanəvi forvard Meqan Rapinoe və Hollivud super ulduzu Tom Cruise kimi tanınmışların tribunadan izlədiyi matçda amerikalıların heyrətamiz beşinci qızılını əldə etmək üçün gərgin mübarizədə həlledici qolu vurdu.


Braziliya Afina 2004 və Pekin 2008- dən sonra tarixində üçüncü dəfə gümüş medal qazanıb.

Cümə günü, avqustun 9-da avropalıların döyüşündə Almaniya Culiya Qvinin ikinci hissədə vurduğu penalti sayəsində İspaniyanı 1:0 hesabı ilə məğlub edərək bürünc medal qazandı.

Mənbə: Olympic.com

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et