Nobel mükafatı laureatı Məhəmməd Yunus Banqladeşin müvəqqəti lideri kimi and içərək "konstitusiyanı dəstəkləyəcək və qoruyacağam"- deyib.
84 yaşlı Dəkkədəki prezident sarayında yeni kabinetinin ondan çox üzvü ilə birlikdə and içərək vəzifələrini “səmimi” yerinə yetirəcəyinə söz verib.
O, Banqladeşi 15 il dəmir yumruqla idarə edən qadın Şeyx Hasina sərhədi keçərək Hindistana qaçdıqdan bir neçə gün sonra paytaxt Dəkkəyə uçdu.
Yüzlərlə insanın ölümü ilə nəticələnən həftələrdir davam edən tələbələrin başçılıq etdiyi etirazlar şiddətləndikdən və onun istefaya getməsi çağırışları ilə yekunlaşdıqdan sonra xanım Hasina baş nazir vəzifəsindən istefa verib.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova