Bu gün:

Demokratlar partiyasının 99℅-i Kamalanı dəstəkləyir


Demokratlar Partiyasının Milli Komitəsinin sədri Jaime Harrison bildirib ki, hazırkı vitse-prezident Kamala Harris onlayn səsvermədə öz partiyası daxilindəki nümayəndələrin 99%-nin dəstəyini aldıqdan sonra Demokratların prezidentliyə namizədliyini təmin edib.

Onun ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, ümumilikdə 4567 partiya nümayəndəsi Harrisi dəstəkləyib.


CBS televiziyası bazar ertəsi axşam Harris, qarşıdan gələn seçkilərdə Demokratlar Partiyasının prezidentliyə namizədi olmaq təklifini qəbul edəcəyini söylədi. ABC öz növbəsində vurğulayıb ki, səsvermənin nəticələri avqustun 19-22-də Çikaqoda keçiriləcək partiyanın milli qurultayının katibi tərəfindən rəsmən təsdiqlənməlidir. Ancaq əslində bu səsvermədən sonra Harris Demokratların namizədliyini möhürlədi.


Keçən cümə günü Harris prezidentliyə namizəd olmaq üçün Demokratik nümayəndələrdən lazım olan 1976 səsi qazandı. Harrisin namizədliyini irəli sürmək üçün onlayn səsvermə ötən cümə axşamı başlayıb.


ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını Co Bayden təmsil etməli idi, lakin onun iyunda Trampla debatındakı uğursuz çıxışından sonra demokratlar arasında hazırkı dövlət başçısının seçkidən çəkilməsinə çağırışlar daha da artıb. İyulun 21-də o, yarışdan imtina etmək və Harrisi ölkənin yüksək vəzifəsində dəstəkləmək qərarına gəldi.

Mənbə: Tass.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et