Bu gün:

CHP-nin yeni qadın konqres yarışı nəfəsləri kəsdi


Konqres və Sərgi Mərkəzində keçirilən konqresdə prezidentliyə “qərargah namizədi” olduğu deyilən Osmaniye Millət vəkili Asu Kaya və hazırkı Qadın Qolları Başçısı Aylin Nazlıakadan başqa, MYK Qadın Qolları üzvü Merve Kır, pedaqoq Birsen Bayar, Anadolu Qadın Hərəkatı Dərnəyi Başçısı Birsen Temir Saraç namizəd oldu. 

Ancaq qurultay proses davam edərkən, Bayar, Saraç və M.Kır Nazlıakanın lehinə namizədliklərini geri götürdülər. Səhnə kulislərində Özəl Kayanın namizədliyini istədiyi iddia edilərkən, Özəlin CHP-nin son seçkilərə qədər nümayəndə seçə bilmədiyi Osmaniyenin “fəxri millət vəkili” olduğuna diqqət çəkilib. CHP -nin son seçkilərdə Osmaniyedən Asu Kaya  ilk dəfə millət vəkili seçilib. Kayanın namizədliyi ilə bağlı idarəyə yaxın çevrələr: "Aylin Xanım həm sədr müavini, həm də Qadın Qollarının sədri idi. İki mühüm vəzifənin tək bir adama həvalə edilməsi düzgün deyildi. Bundan başqa, təşkilatın təmsilçisi bir millət vəkili tərəfindən Qadın Qolları Başçılığı da əhəmiyyətli qəbul edildi."  Müxalifət dairələrində Nazlıakanın Özəl seçildiyi qurultayda Kamal Kılıçdaroğlunu dəstəkləməsinin bu seçimdə təsirli olduğu deyilir.

Mənbə: Hurriyet.com.tr 

Tərcümə etdi: Arzu İbrahimova

Paylaş
Şərh əlavə et