Bu gün:

Məsud Pezeşkian hegemonluq dövrünün bitdiyini vurğulayıb


İran prezidenti Məsud Pezeşkian: " Rusiya və İranın çoxqütblü dünya ilə bağlı ortaq mövqeyi qlobal sabitliyə kömək edəcək" bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə deyib.

ISNA xəbər agentliyi onun sözlərini sitat gətirib: "Çoxqütblü dünya nizamının təşviqində İran və Rusiya arasında ortaq mövqe və əməkdaşlıq qlobal təhlükəsizlik və sülhün möhkəmlənməsinə kömək edəcək". 

İran prezidenti vurğulayıb ki, ABŞ və müttəfiqlərinin hegemonluğu dövrü başa çatıb. 

“Rusiya çətin anlarda həmişə İranın yanında olub və belə bir strateji tərəfdaşla əlaqələrin gücləndirilməsi İran İslam Respublikasının xarici siyasətində prioritet məsələlərdən biridir”, - deyə o bildirib və iki ölkə arasında bağlanmış müqavilələrin icrasının sürətləndirilməsinə çağırıb. 

Mənbə: TASS 

Tərcümə etdi: Arzu İbrahimova

Paylaş
Şərh əlavə et