Livanın “Hizbullah” şiə qruplaşmasının silahlı birləşmələri Yuxarı Qalileydə İsrail yaşayış məntəqələrinə iri raket zərbələri endirib.
Onun sözlərinə görə, şiə qırıcıları çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 50-dən çox raket atıblar. İsrailin 15 yaşayış məntəqəsində hava hücumu sirenləri işə düşüb.
Telekanalın məlumatına görə, İsrail hava hücumundan müdafiə qüvvələri raket hücumunu dəf edib. Raketlərin Beyt Hillel, Kiryat Şmona və Misqav Am yaşayış məntəqələrinə düşdüyü bildirilir. Bir sıra yerlərdə yanğınlar qeydə alınıb.
Hizbullahın hərbi informasiya xidməti öz Telegram kanalında bildirib ki, qruplaşma birlikləri Livan-İsrail sərhədində gərginliyin artmasından sonra Beyt Hillel qəsəbəsinə ilk hücumu həyata keçirib. “Əməliyyat İsrailin reydləri və atəşi zamanı Livanın cənubunda dinc əhalinin həlak olmasına cavab olaraq həyata keçirilib”, - deyə məlumatda bildirilir.
Avqustun 3-də Hizbullah hərəkatı Qərbi Qalileydə İsrail yaşayış məntəqələrinə raket zərbələri endirib.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
