Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Rossiya 1” telekanalına müsahibəsində deyib ki, Qərbin hərəkətlərinə cavab olaraq Rusiya nüvə raketlərini yerləşdirməli olacağı an gələ bilər.

“Təsdiq edirəm əgər Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin bizim hərbçilərə desə ki, bizə müəyyən daşıyıcılarda xüsusi döyüş sursatları lazımdır, o zaman bu, həyata keçiriləcək. Amillərin kombinasiyasına ehtiyac olacağı məqamın gələ biləcəyini istisna etmirəm”,- o deyib.
İyulun 10-da Ağ Evin mətbuat xidməti bildirib ki, ABŞ 2026-cı ildən etibarən Almaniya ərazisində hazırda Avropada yerləşdirilən silahlardan daha uzun mənzilli yeni silahlar yerləşdirməyə başlayacaq. İyulun 28-də Rusiya prezidenti Vladimir Putin Vaşinqtona xəbərdarlıq edib ki, Almaniyada ABŞ-ın uzaqmənzilli raketləri peyda olarsa, Moskva orta və qısa mənzilli zərbə silahlarının yerləşdirilməsinə birtərəfli moratoriumun tətbiqini dayandıracaq.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
