"The Economist" yazır ki, Ukrayna artıq Qərb ölkələrindən 10 ədəd F-16 qırıcısı alıb və ilin sonuna kimi onların sayı 20-yə çatacaq.

"2024-cü ilin sonuna qədər Ukrayna Amerika istehsalı olan 20 qırıcı təyyarə ilə uçmalıdır. Danimarka və Hollandiyanın rəhbərlik etdiyi F-16 koalisiyasının vəd etdiyi qalanları 2025-ci ildə partiyalar şəklində gələcək",- qəzet yazır.
Rusiya prezidenti Vladimir Putin daha əvvəl demişdi ki, Kiyevə yeni silahların, o cümlədən F-16-nın tədarükü cəbhədəki vəziyyəti dəyişməyəcək, əksinə, münaqişəni uzadacaq.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
