Bu gün:

"İngilis dilində təhsil almaq istəyənlər nəzərə alınsa, daha yaxşı olar"


24media.az-ın direktoru Anzulə Pərvizqızı Jurnalistika ixtisası üzrə keçirilən qabiliyyət imtahanına öz mövqeyini bildirib.

Anzulə xanım, bu gün professor Qulu Məhərrəmli Jurnalistika üzrə qabiliyyət imtahanın səmərəsiz olduğunu bildirib. Sizin də mövqeyiniz maraqlıdır, sizcə, bu nə dərəcədə uğurlu hesab edilə bilər?

Mən Qulu müəllimin fikirləri ilə tamamilə razıyam, təkmilləşdirməyə ehtiyac var.  Bu imtahanın digər bir nəzərə alınmalı olduğu məqamı ingilis dilində təhsil alacaq tələbələrin nəzərə alınmamasıdır. Belə ki, Jurnalistika fakültəsində ingilis dilində təhsil almaq istəyənlər nəzərə alınsa, daha yaxşı olar.

Bildirilir ki, "Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir". 3 bölmə (Azərbaycan, rus, ingilis) olduğu halda, 2 dil seçimi? Bəlkə mən düz anlamıram? Məncə, təhsil aldığı müddətdə 4 il əziyyət çəkməmək üçün ingilis dilində də esse yazmaq seçiminin əlavə olunmağı daha uyğun olar. Yaza bilənlər rahatlıqla daha keyfiyyətli təhsil ala bilərlər.

Həvva Cəbrayılova 

Paylaş
Şərh əlavə et