Qətərin Əl-Cəzirə telekanalı xəbər verir ki, İsrail ordusuna məxsus hərbi təyyarələr Livanın cənubundakı Blat qəsəbəsinə hava hücumu həyata keçirib.
Onun sözlərinə görə, şəhərin kənarında ən azı iki zərbə endirilib.

2023-cü il oktyabrın 7-də Qəzza zolağında yerləşən radikal Fələstin HƏMAS hərəkatının yaraqlılarının Qəzzadan İsrail ərazisinə qəfil hücum etməsi, İsrailin sərhəd qəsəbələrinin sakinlərini öldürməsi və qadınlar da daxil olmaqla 240-dan çox insanı girov götürməsi Yaxın Şərqdə gərginlik yenidən alovlanıb. HƏMAS hücumunu İsrail hakimiyyətinin Qüdsün Köhnə Şəhərində Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı aqressiv hərəkətlərinə cavab kimi qiymətləndirib. Buna cavab olaraq İsrail 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağının tam blokadaya alındığını elan edib.
Mənbə: TASS
Tərcümə etdi: Arzu İbrahimova
