
Çaylardan və göllərdən daxil olan su adətən duzlu olur. Dəniz suyu iki səbəbə görə duzlu olur: İbtidai okean yaranandan bəri dəniz dibindəki süxurlarda həll olunan duzlar suyun tərkib hissələrini əmələ gətirir. Dənizlərdə duzluluğun əsas səbəbi onun altında yatan süxurların əriməsi olsa da, yağış sularının turşuluq səviyyəsi də qayaları aşır və həll olunmuş suyu dənizə aparır. Axar və çaylar bu həll olunmuş duzları dənizə aparır. Digər səbəb isə dəniz suyu buxarlananda duzun qalmasıdır. Yüksək sürətlə buxarlanan su, natrium və xlorid ionlarını buraxaraq buludlar yaradır. Buxarlanma nə qədər çox olarsa, duzluluq da bir o qədər yüksəkdir.
Okean elmlərini öyrənən okeanoloqlar dəniz suyunun kiloqramı üçün duzu qramla təyin edən Praktiki Duzluluq Vahidləri, qısaca PSU istifadə edərək duzluluğu müəyyən edir. Dənizlərin orta duzluluğu, bu gün dəniz suyunun hər kiloqramına 34,7 qram duz təşkil edir (3,47 faiz və ya dəyirmi 35 PSU). Daha obrazlı desək, bu, bir litr suda təxminən üç xörək qaşığı duza bərabərdir. Lakin bu, dünya üzrə orta göstəricidir. Regional fərqlər çox fərqlidir. Ekvatora yaxın sularda duz konsentrasiyası daha yüksəkdir, burada çoxlu su buxarlanır. Su ilə zəngin çaylardan daha çox şirin suyun dənizə daxil olduğu və suyun daha az buxarlandığı dənizlərdə duzluluq aşağıdır. Bunun yaxşı nümunəsi Baltik dənizidir. Bu su obyektinin duz tərkibi cəmi 0,3-2 faizdir (3-dən 20 PSU).
Mənbə: bilimup
Tərcümə etdi: Nuray Mürsəlova
