
24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi həkim-pediatr Aytən İsmayılzadədir. O, uşaqlarda yaranan xəstəliklərin səbəblərinə aydınlıq gətirib.
-Sizcə, ata və ana sağlam olduğu halda, uşaqlarda anadangəlmə xəstəliklərin yaranmasına nə səbəb ola bilər?
Anadangəlmə xəstəliklər və ya qüsurların yaranmasında ata və ananın xəstə olması vacib deyil. Onların genində hər hansı qüsur olmaya bilər, amma hamiləlik zamanı gemmutasiyalar baş verərsə, bu da heç bir faktor olmadan da özbaşına olur və uşaqda problemlərlə özünü göstərir.
Hamiləlik dövründə ananın pis vərdişləri və yaxud keçirdiyi infeksiyon xəstəliklər uşağın dölünə də təsir edə bilir. Məsələn, dərman qəbulu da xəstəlik olmayan halda belə ananın bətn daxilində, dölün mayası qoyulmasına və nəticədə bölünmə prosesinin getməsinə gətirib çıxarır. Bu da xromosomlarda, genlərdə mutasiyanın baş verməsinə səbəb olur və genlərdə mutasiya isə xəstəliyə gətirib çıxarır.
Bunlardan əlavə, doğuş zamanı da zədələnmələr olur, bu doğuş travmalarına, sarılığa bağlı beynin zədələnməsidir.
Bütün bunlar anadangəlmə xəstəliklərə səbəb olur və ata ana sağlam olduğu halda baş verir.
Bu xəstəliklərin yaranmasının bir səbəbi də, ata-ananın birinci xətt qohum evliliyi etmiş olmasıdır, bu zaman onların daşıdıqları heteroziqot şəklində olan xəstəliklər, yəni ki özlərində olmayan, lakin genlərində daşıyan valideynlər evləndikdən sonra uşağa bunu ötürürlər.
Çimnaz Məmmədova
