Bu gün:

Malayziya BRİKS-ə qoşulmaq üçün Rusiyaya müraciət göndərib


Malayziyanın baş naziri Ənvər İbrahim bildirib ki, hazırda BRICS-ə sədrlik edən Rusiyaya BRİCS-ə üzvlük üçün ərizə göndərilib.

BERNAMA xəbər agentliyi ondan sitat gətirib: “Malayziya üzv ölkə və ya strateji tərəfdaş kimi iştiraka açıqlığını ifadə etməklə yanaşı, BRİKS-in sədri kimi Rusiyaya (BRICS) təşkilatına qoşulmaq üçün ərizə məktubu göndərib”. 

Bazar günü səhər saatlarında Ənvər İbrahim Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Malayziyanın baş nazirinin sözlərinə görə, söhbət Malayziyanın BRİKS-ə qoşulmaq üçün müraciətindən gedir, onun sözlərinə görə, bu, hər iki tərəf üçün əhəmiyyətli potensiala malikdir.

"Ənvər və Lavrov həmçinin Fələstindəki mövcud vəziyyəti müzakirə ediblər, Malayziya Qəzzada daimi atəşkəs və sürətli humanitar yardımın, həmçinin Fələstinin Birləşmiş Millətlər Təşkilatının tamhüquqlu üzvü kimi qəbul edilməsinə təcili ehtiyac olduğunu vurğulayıb. Ukrayna ilə bağlı Ənvər də münaqişənin həlli vasitəsi kimi dialoq və müzakirəyə çağırıb"- agentlik bildirib. 

Lavrov vəd edib ki, Rusiya BRİKS prezidenti kimi Malayziyaya assosiasiya ilə tərəfdaşlığa marağını təşviq etməyə kömək edəcək.

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et