Bu gün:

Rusiya və Çindən Ay layihəsi


Rusiya ilə Çin arasında imzalanan hökumətlərarası saziş Rusiyada rəsmi qərarların elan olunduğu internet saytında dərc olunub. İki ölkənin birgə qurmağı planlaşdırdığı Beynəlxalq Ay Araşdırma Stansiyası (ILRS) layihəsi haqqında məlumatların yer aldığı müqavilədə stansiyanın 3 mərhələdə qurulacağı bildirilib.

İlk Ayı Kəşf Edəcəklər

Razılaşmaya əsasən, birinci mərhələdə Ayın tədqiqi üçün tədqiqatlar aparılacaq, ikinci mərhələdə iki ölkə Ayda və kosmosda birgə tədqiqatlar aparacaq, üçüncü mərhələdə isə insanlar tamamlanmış stansiyaya göndərilməlidir. Layihədə digər ölkələrin də iştirakının dəstəklənəcəyi bildirilən müqavilə çərçivəsində Rusiya və Çinin kosmosda 5 birgə missiya həyata keçirməsi planlaşdırılır. 

Ayda Nüvə Enerji Bölgəsini Yerləşdirəcəklər

Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında 2021-ci ildə Ayda tədqiqatların aparılması üçün birgə stansiyanın yaradılması ilə bağlı anlaşma memorandumu imzalanıb. Roskosmosun prezidenti Yuri Borisov martın 5-də verdiyi açıqlamada Rusiya və Çinin 2033-2035-ci illər arasında Ayda nüvə enerji bloku yerləşdirməyi planlaşdırdıqlarını bildirib.

Mənbə: Sabah.com.tr

Tərcümə etdi: Arzu ibrahimova

Paylaş
Şərh əlavə et