Bu gün:

Barak Obama Kamala Harrisi dəstəklədiyini açıqlayıb


ABŞ-ın keçmiş prezidenti Barak Obama və xanımı Mişel Obama Demokratlar Partiyasının prezidentliyə namizədi kimi ABŞ-ın vitse-prezidenti Kamala Harrisi dəstəklədiklərini açıqlayıblar.

ABŞ-ın keçmiş prezidenti Obama və həyat yoldaşı Mişel Obama birgə bəyanatında Kamala Harrisin “bu kritik məqamın tələb etdiyi baxışa, xarakterə və gücə” malik olduğuna inandıqlarını bildiriblər. "Biz prezident Baydenlə razıyıq. Kamalanı seçmək onun verdiyi ən yaxşı qərarlardan biri idi. Onun tərcümeyi-halı Harrisin Kaliforniya baş prokuroru, ABŞ senatoru və daha sonra vitse-prezident kimi karyerasına toxunaraq bu qərarı təsdiqləyir." bəyanatda deyilir: "Ancaq Kəmalə bir tərcümeyi-haldan  daha çox şeyə malikdir. O, kritik anın tələb etdiyi vizyona, xarakterə və gücə malikdir"- deyə əlavə ediblər.

Mənbə: BBC

Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et