Bu gün:

"Qərb dövlətləri müharibəyə hazırlaşmalıdır"- Roli Uoker


Böyük Britaniya Ordusunun Baş Qərargah rəisi general Roli Uoker deyir ki, Qərb dövlətləri artan beynəlxalq gərginlik fonunda üç il ərzində müharibəyə hazırlaşmalıdırlar.


“The Guardian” yazır ki, o hesab edir ki, Böyük Britaniya və onun müttəfiqləri “üç il ərzində müharibənin qarşısını almağa və ya döyüşməyə” hazır olmalıdırlar. Uoker öz qiymətləndirməsində Çinin Tayvana və İranın nüvə inkişaflarına qarşı artan təhlükəyə işarə edir. O, bu ölkələrdən biri ilə və ya Rusiya ilə münaqişənin digər müharibə teatrlarında “əhəmiyyətli bir partlayışa” səbəb ola biləcəyini söylədi.


Keçən il Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirmişdi ki, ABŞ kəşfiyyatının məlumatına görə, Çin lideri Si Cinpin Silahlı Qüvvələrə 2027-ci ilə qədər Tayvan üzərində nəzarəti ələ keçirmək üçün əməliyyat keçirməyə hazır olmağı əmr edib. Bu iddiaları şərh edən Çin Xarici İşlər Nazirliyi Vaşinqtonun hərbi hegemonluğunu saxlamaq üçün “Çin təhlükəsi” mifindən bəhanə kimi istifadə etdiyini vurğulayıb.

Uolker həmçinin iddia edib ki, Böyük Britaniya “mübarizə gücümüzü üç il ərzində ikiqat, onilliyin sonuna qədər isə üçqat artırmalıdır”. Eyni zamanda, o, əlavə maliyyələşdirmədən danışdığını, Ukrayna münaqişəsindən öyrənilən dərslərə əsaslanaraq, dronlardan istifadə təcrübəsini ehtiva edən mövcud resursların daha rasional bölüşdürülməsindən getdiyini vurğulayıb.


Generalın fikrincə, Qərb “müharibə üçün amansız yolda deyil”, lakin “etibarlı sərt gücü” bərpa etməklə “çəkindirici qüvvə yazmalıdır”. O, Rusiya, İran, Çin və Şimali Koreyanın hərbi sahədə getdikcə fəal əməkdaşlığa başlamasından narahatlığını ifadə edib.

Mənbə: Tass.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et