Bu gün:

İsrailin baş naziri iyulun 23-də Baydenlə görüşmək üçün ABŞ-a uçacaq


İsrailin baş naziri Benyamin Netanyahu iyulun 22-də ABŞ-a uçacaq və orada iyulun 23-də ABŞ prezidenti Co Baydenlə görüşməyi planlaşdırır, İsrail hökumətinin başçısının ofisi bildirib.

"Baş nazir Benyamin Netanyahu çərşənbə axşamı (23 iyul) ABŞ prezidenti Co Bayden ilə görüşəcək. Baş nazir sabah səhər (22 iyul) ABŞ-a uçacaq", - məlumatda deyilir.

İsrailin baş naziri iyulun 24-də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış etməlidir.

Mənbə: Tass.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et