Bu gün:

Tramp sarğısını dəyişdirib


ABŞ-ın keçmiş prezidenti Donald Tramp Miçiqan ştatının Qrand Rapids şəhərində tərəfdarlarının mitinqində dayanarkən uğursuz sui-qəsd cəhdindən sonra yaralı sağ qulağını bağladığı sarğını çıxarıb.

Viskonsin ştatının Milvaukee şəhərində keçirilən Respublikaçıların Milli Qurultayında Tramp istifadə etdiyi sarğını daha balaca sarğı ilə əvəz edib. 

Mitinqin əvvəlində Tramp özünün demokratiya üçün təhlükə olduğunu iddia edənləri tənqid edib.

"Onlar deyirlər ki, [mən] Amerika demokratiyasını təhdid edirəm. Axı mən demokratiyaya neçə zərbə vurmuşam? Keçən həftə demokratiya uğrunda güllə yarası aldım"- deyib. 

Trampa sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən seçki mitinqində baş verib. Güllə eks-prezidentin qulağına dəyib, tərəfdarlarından biri atışma zamanı həlak olub. Hücum edən 20 yaşlı Tomas Metyu Kruks Məxfi Xidmət əməkdaşları tərəfindən öldürülüb.


Mənbə: Tass.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et