
Tramp Truth Social sosial şəbəkəsində Vladimir Zelenski ilə danışığın yaxşı olduğunu bildirib və ABŞ prezidenti seçiləcəyi təqdirdə dünyaya sülh gətirəcəyini və Ukraynada münaqişəyə son qoyacağını vəd edib. O qeyd edib ki, Ukrayna lideri də Trampa sui-qəsd cəhdini pisləyib və onu Respublikaçıların Milvokidə keçirilən Milli Qurultayının uğurlu keçməsi münasibətilə təbrik edib.
Tramp dəfələrlə bəyan edib ki, bu il prezident seçkilərində qalib gəlsə, Ukrayna münaqişəsinin tezliklə həllinə nail olmaq niyyətindədir. İyunun 27-də ABŞ prezidenti Co Baydenlə seçkiqabağı debat zamanı Tramp söz vermişdi ki, yenidən seçiləcəyi təqdirdə, 2025-ci il yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər münaqişəni dayandıra biləcək.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
